”YAZI” SLAVYAN UNİVERSİTETİNİN YARADICILIQ FAKÜLTƏSİNİN QONAĞIDIR

333Slavyan Universitetinin Yaradıcılıq fakültəsində “Yazı” dərgisinin yaradıcı qrupu ilə müəllimllərin və tələbələrin görüşü keçirilib. Bunu əslində dərginin Yaradıcılıq fakültəsində təqdimatı da adlandırmaq olardı. Tədbiri giriş sözü ilə fakültənin dekanı, tanınmış tənqidçi Elnarə Tofiqqızı açıb. 
Sonra söz “Yazı”nın baş redaktoru Azad Qaradərəliyə verilib. Baş redaktor öz ədəbi düşümcələri ilə yanaşı, dərginin yaranma zərurətindən də söz açmışdır. Ədəbi mühitin ədəbi prosesə qarşılıqlı təsiri və hər ikisinin formalaşmasında ədəbi orqanların vacibliyini qeyd edən A.Qaradərəli “Yazı”nın ədəbi prosesə verdiyi və vermək istədiyi töhfələrdən danışmış, bu sahədə gənclərin rolunun vacib olduğunu vurğulamışdır. Jurnalda gənclərə daha çox yer vermək istədiyini mildirən natiq gəncləri fəal olmağa, dərgidə ardıcıl çap olunmağa səsləmişdir.
Tələbələrdən Səxavət Sahil, Günel Eyvazlı, Elmar Şahmar, Gülbala Dadaş, Seyid Ramin və başqaları çıxış edərək dərgi barədə fikirlərini bildirmişlər. Sonda baş redaktor tləbələri maraqlandıran sualları cavablandırmışdır.
Görüşdə “Yazı”nın yaradıcı qrupunun üzvü, yazıçı-çevirmən Namiq Şaban da iştirak etmişdir.

22212

facebooktwittergoogle_plusredditpinterestlinkedinmail
This entry was posted in Xəbərlər. Bookmark the permalink.

Comments are closed.